SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Nəqliyyat Nazirliyində hər gün iclas keçirilir. İclas ya nazir, yaxud da nazir müavinlər tərəfindən aparılır. İslahatlara gəlincə, qurumda islahatlar aparılır”.


Bu barədə Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, nazirliyin bir qurumunun rəhbər işçiləri tutduqları vəzifələrdən azad olunub. Onlardan bəziləri yeni işlə təmin edilib. Bu işlər çoxdan görülüb.

"Əslində deyilənlər köhnə söhbətdir. İndi də nəqliyyat müfəttişlərinin iş yerlərini dəyişdirilməsi və digər islahatlar da aparılır. Bu gündəlik məsələlərdir və davamlı proseslərdir”, - deyə Namiq Həsənov bildirib.

Ziya Səccad
BAKU.WS