VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rza Zərrabın Amerika məhkəməsində şahidlik etməsi Türkiyə lirəsini daha da ucuzlaşdıra bilər.

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, məhkəmə Türkiyə banklarının və ya hətta hər hansı bir bankının İran ilə sanksiyalardan kənar əməkdaşlıq etdiyini təsdiq edərsə, o halda bu həm qardaş dövlətə maliyyə cəriməsi və həm də bəzi banklarına sanksiyalar ilə nəticələnə bilər.

Bu isə Türkiyə üçün əlavə xərc yaratmaqla yanaşı, qonşu ölkə banklarının beynəlxalq sövdələşmələrinə və eləcə də kredit reytinqlərinə mənfi təsir göstərə bilər.

Bunun baş verəcəyi halda isə lirənin daha çox dəyər itirəcəyi də qaçılmaz olacaq. Buna görə də, Zərrabın məhkəməsi heç də bir iş adamının mühakimə olunması ilə məhdudlaşmır.

Qeyd edək ki, Rza Zərrab məhkəmədə itiham olunan tərəf kimi deyil, şahid qismində çıxış edəcək. Bu qərara səbəbi kimi Zərrabın hakimlə danışıqlara gedəcəyi və hər şeyi etiraf edəcəyi amili əsas göstərilir.  

Şahin
BAKU.WS