VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) reytinqlərinə yenidən baxıb.

ABB-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, "Fitch" bankın xarici valyutada uzunmüddətli reytinqini 4 pillə qaldıraraq B- səviyyəsinə, qısamüddətli reytinqini isə 5 pillə qaldıraraq stabil proqnozla B səviyyəsinə yüksəldib.

Agentliyin şərhində qeyd edilir ki, reytinqlərin yüksəldilməsi Azərbaycan Beynəlxalq Bankının xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin 1 sentyabr 2017-ci ildə başa çatdırılması və problemli aktivlərin bankın balansından çıxarılaraq Aqrarkreditə ötürülməsi üzrə son tədbirlərlə bağlıdır. Üçüncü rübün yekun hesabatına görə, Azərbaycan Beynəlxalq Bankının Fitch tərəfindən hesablanan birinci dərəcəli kapital adekvatlığı təxminən 11 faiz təşkil edir.

Fitch ekspertlərinin rəyinə görə, son bir il ərzində görülmüş işlər nəticəsində bankın aktivlərinin keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb və likvidlik mövqeyi möhkəmlənib.

BAKU.WS