SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Qazmalar” avtomobil keçid məntəqəsində qonşu ölkənin kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət dövlət qurumu olan “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları 52,5 ton meyvə və tərəvəzin Azərbaycandan daxil olmasına icazə verməyiblər.

BAKU.WS Virtualaz.org-a istinadla xəbər verir ki, buna səbəb kimi Rusiya ərazisinə karantin altında olan məhsulun idxal qaydalarının pozulması göstərilib.

Saxlanılan yüklər arasında 16780 kq nar, 18025 kq pomidor və 17750 kq xiyar var. Bu məhsullar geriyə - Azərbaycana qaytarılıb.

BAKU.WS