SİZİN REKLAM BURADA!
055 213 76 73



Asiya İnkişaf Bankı (AİB) enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üçün Azərbaycana gələn il 250 milyon dollar dəyərində daha bir tranşın ayrılmasını istisna etmir.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.

N.Mannapbekovun sözlərinə görə, 2016-cı ilin sentyabrından 2017-ci ilin sentyabrınadək 250 milyon dollarlıq ilk tranşın həcmində müqavilələr imzalanıb və 32 sublayihə üzrə 108 milyon dollardan çox ödəmələr həyata keçirilib.

Tuncay
BAKU.WS