VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Qlobal bazarda aparacı virtual kriptovalyuta sayılan bitkoinin qiyməti bu gün 7 000 ABŞ dolları həddini ötüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bununla da bitkoinin qiyməti ilin əvvəlindən 7 dəfə bahalaşıb. Qeyd edək ki, cari qiymətlərlə bitkoinin kapitallaşması 100 mlrd. ABŞ dollarını ötüb və dünyanın aparıcı şirkətlərin analoji göstəricisinə çatıb.

Bitkoinin bahalaşmasına səbəb, dünyanın əsas ticarət meydançalarından biri olan "CME Group" yaxın zamanlarda bitkoinlə fyuçers əməliyyatlarına başlayacağını açıqlaması amili olub. Bu addımdan sonra, bitkoin artıq tənzimlənən maliyyə aləti olacaq. Nəticədə, institusional investorların bitkoinlə ticarət etməsi asanlaşacaq.

BAKU.WS