SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünya birjalarında neft bahalaşır. "APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,14 dollar və ya 0,26% artaraq 54,04 dollar təşkil edib.


ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,21 dollar və ya 0,35% artaraq 60,65 dollar olub.

Beləliklə, Brent markalı neftin qiyməti 2015-ci ilin iyul ayından etibarən ən yüksək həddə çatıb. WTI markalı neftin qiyməti isə cari ilin fevral ayında qeydə alınan maksimuma yaxındır.

Neftin bahalaşmasının üç əsas səbəbi var. Birincisi, investorlar OPEC tərəfindən neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin uzadılmasında qərarlı olduğuna müsbət reaksiya verir. Belə ki, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman əs-Səud bu təklifi müsbət qarşıladığını bəyan edib. "Wall Street Journal" xüsusi olaraq qeyd edir ki, kral ailəsinin üzvləri bu qəbildən olan açıqlamaları nadir hallarda edir.

İkinci səbəbə gəlincə, "Bloomberg" agentliyi yazır ki, bu gün səhər saatlarından etibarən İraq Kürdistanından Türkiyənin Ceyhan limanına neft nəqli dayandırılıb. İndiyədək sutkalıq nəql 264 min barrel olub.

Bundan başqa, hec fondlar Brent markalı neft üzrə xalis uzun mövqelərinin (long position - qiymətin bahalaşması və ucuzlaşmasından yaranan fərq) sayını 2,6% artıraraq 506,7 min müqaviləyə çatdırıblar. "ICE Futures Europe" tərəfindən təqdim olunan rəqəmlər göstərir ki, hazırkı göstərici rekorda çox yaxındır.

BAKU.WS