VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Noyabrın ilk həftəsində Gürcüstan Azərbaycana məxsus təbii qazı yeni marşrut üzrə almağa başlayacaq.

BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Məlumatda deyilir ki, Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edən geosiyasi layihənin icrası – Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi tamamlamaq üzrədir: "Artıq gələn həftədən Gürcüstan Azərbaycan qazını yeni marşrutla alacaq. Trans Anadolu Qaz Boru Kəməri ilə (TANAP) Türkiyəyə “mavi yanacaq” isə gələn il çatdırılacaq. 2020-ci ildə Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi başa çatdıqdan sonra isə təbii qaz Cənubi Qafqazdan Avropa ölkələrinə çatacaq".

BAKU.WS