SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan dəmir yolları" QSC yaxın gələcəkdə 900 yeni yük vaqonu alacaq.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunub.

Hesabata əsasən, əlavə vaqonların alınması yük daşımaları həcminin artmasıdır. Bundan başqa, qeyd olunub ki, 200 yeni konteyner də əldə olunacaq.

Sənəddə qeyd olunur ki, “Azərbaycan dəmir yolları” 2015-2016-cı illərdə vaqon parkının yenilənməsi ilə əlaqədar 3101 vaqon, o cümlədən 401 örtülü vaqon, 1000 yarımvaqon, 200 konteyner daşıma vaqonu, 600 sistern, 300 taxıldaşıyan, 100 hopper, 400 universal platforma və 100 sementdaşıyan alıb.

BAKU.WS