CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 59,38 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,44 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 28-də 58,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 28-də 55,38 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 28-də 58,43 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.

BAKU.WS