055 213 76 73
Azərbaycan Mərkəzi Bankı ötən gün ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib.
“Report”un məlumatına görə, müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.
Müraciətdə deyilir ki, dövlər büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədi ilə sabah bank sistemi üçün rəsmi iş gün elan olunub. Ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir.
BAKU.WS