SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS Azərbaycanda yüksək maaşla iş elanlarını sizə təqdim edir:

Gəncədə "Azərtunel" şirkətinə layihə rəhbəri vəzifəsinə vakansiya elan olunub. Namizədlərə 2500-3000 AZN civarı maaş vəd edilir. 

İş barədə məlumat
- İş yeri Gəncə şəhərindədir
- İşlərin planlaşdırılması və müvafiq tikinti planının hazırlanması;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi
- Layihəni əvvəlcədən tərtib olunmuş iş qrafikinə uyğun olaraq icarasını təmin edilməsi
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
- Rəhbərliyin tapşırıq və göstərişlərinin yerinə yetirilməsi, mütəmadi olaraq rəhbərliyə hesabatlar hazırlanıb təqdim edilməsi
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi
- Layihə cizgilərinin oxunub təhlil edilməsi
- Layihəyə uyğun olaraq işlərin icra edilməsi
- Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.
- Yaşayış və qida xərcləri şirkət tərəfindən qarşılanır.
- İş qrafiki: Bazar ertəsi – şənbə: 8:00 - 17:00

Namizədə tələblər
- İnşaat mühəndisliyi üzrə ali təhsil
- Mikrotunel tikintisi sahəsində ən azı 5 il iş təcrübəsi
- Layihə rəhbəri kimi ən azı 5 il iş təcrübəsi
- Müvafiq kompyuter proqramlarını bilmək (AutoCAD, Microsoft Office və s.)

E-mail: [email protected]

Digər bir yüksək maaşlı iş vakansiyası Bank Avrasiya ASC tərəfindən verilib. Risklərin idarə edilməsi departamentinə 1500-2000 AZN maaşla işçi axtarılır. 

İş barədə məlumat
- Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır
- Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir
- Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir
- Risk xəritəsini hazırlayır və onun icrasına monitorinqi həyata keçirir
- Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işləri həyata keçirir
- Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir
- Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır
- İş qrafiki həftənin 5 günü, 09:00-dan 18:00-dək

Namizədə tələblər
- Ali iqtisadi və ya biznes təhsili
- Azı 3 il risklərin idarə edilməsi sahəsində bank təcrübəsi
- Nəzarət edə bilmə qabiliyyəti
- Strateji düşünmə və analitik təhlil bacarığı
- Yenilikçilik və yeni təşəbbüsləri dəstəkləmək bacarığı
- Planlaşdırma, təşkiletmə və nəzarət etmə vərdişləri
- Liderlik keyfiyyətləri
- Problemi həlletmə bacarığı
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək
- MS Office proqramlarının bilikləri
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-nin CV formasını doldurub [email protected] ünvanına göndərəsiniz.
CV-ni göndərərkən email-ın mövzu hissəsində Risklərin İdarə Edilməsi Departamentinin Direktoru vəzifəsini qeyd etməyiniz xahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.

E-mail: [email protected]

"My House" şirkəti isə rieltor vakansiyasına işçi axtarır. 1500-2000 manat maaş vəd edilən işə görə tələblər bunlardır:

İş barədə məlumat
- Müştərilərnən daimi əlaqə saxlamaq
- Görüşlərin yüksək səviyyədə keçirilməsi
- Mənzillərə baxış keçirilməsi
- Satışa çıxarılmış daşınmaz əmlakın satışı üçün sənədlərin toplanmasında mülkiyyətçiyə köməklik göstərmək
- Alqı-Satqı prosesində notarial kontorunda şirkəti təmsil etmək
- İş şəraiti: Həftədə 6 iş günü
- İş saatı: 10:00-20:00
- 1 saat nahar 

Namizədə tələblər
- Məsuliiyyətli, ciddi, punktual, işgüzar, məqsədyönlü
- Xanımlar və bəylər
- Kollektivdə işləmək bacarığı olan
- Müştərilərnən yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı

E-mail: [email protected]

Nazim
BAKU.WS