Azərbaycan hökuməti manatın məzənnəsi üçün xüsusi risk görmür.

BAKU.WS Trend-ə istinadla məlumat verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, bu gün manatın məzənnəsi üzən məzənnə rejimindədir:

"Müsbət trend adətən tədiyə balansının cari əməliyyatlar hesabının profisiti hesabına formalaşır. Yəni biz cari hesabın profisitinin təqribən 1,5 - 2 milyard dollar təşkil edəcəyini gözləyirik. Mühüm məsələ ondadır ki, manatın möhkəmlənməsi iqtisadi strategiyaya nə dərəcədə uyğun olacaq. Lakin biz hələ ki belə risklər görmürük".

O qeyd edib ki, iqtisadiyyatda cari trendlər hələ hökuməti qane edir:

"Bu gün məndən mümkün devalvasiya barədə soruşdular. Mən çox təəccübləndim və sarsıldım ki, devalvasiya ilə bağlı hələ də belə fikirlər qalır".

BAKU.WS