Bu ilin avqust ayında SOCAR tərəfindən Supsa limanından xam neftin ixracı baş tutmayıb.

BAKU.WS "APA-Economics"ə istinadən xəbər verir ki, ötən ilin avqust ayında Supsa limanından 87,177 min ton, ötən ay isə 264,489 min ton xam neft ixrac edilib.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində Supsa limanından 1 mln. 579 min 673 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 751 ton və ya 0,04% çoxdur.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

BAKU.WS