VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətiAzərbaycanda ilk dəfə olaraq “HD Voice” texnologiyasını istifadəyə verib. UMTS (3G) şəbəkəsində müasir innovativ AMR-WB (Adaptive Multi-Rate Wideband/Çoxsəviyyəli Tənzimlənən Geniş Zolaqlı Şifrələmə) texnologiyasının tətbiqi vasitəsilə Bakcell öz abunəçiləriniçox yüksək keyfiyyətli danışıq təcrübəsi ilə təmin edəcək.

Adi zəngdən fərqli olaraq, “HD Voice”(high definition voice)- səsin ötürmə kanallarının tutumunun optimallaşdırılması texnologiyası sayəsində abunəçilər bir-biri ilə danışarkən nitqi çox yüksək dəqiqlikləeşidə bilirlər. Bununla yanaşı, yeni istifadəyə verilmiş texnoloji özəllik danışıq zamanı abunəçinin ətrafında olan əlavə səs-küyü minimal həddə gətirirvə digər abunəçinin qarşı tərəfin nitqini daha aydın və şəffaf şəkildə eşitməsini təmin edir. Nəticə etibarilə hər iki abunəçi bir-birini eyni otaqda olduğu kimi eşidirlər.

“HD Voice”dən faydalanmaq üçün abunəçidən hər hansı əməliyyatı yerinə yetirmək tələb olunmur. Mobil cihaz bu funksiyanı dəstəklədiyi halda bütün danışıqlar avtomatik qaydada heç bir əlavə ödəniş etmədən “HD Voice” texnologiyası ilə baş tutur.

Bakcell abunəçilərini ən yüksək keyfiyyətli mobil rabitə ilə təmin etmək məqsədilə ən yeni texnologiyaların tətbiq olunması üçün şəbəkəsində təkmilləşdirmə işlərini həyata keçirməyə davam edəcək.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

BAKU.WS