VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cırılmış və ya müxtəlif səbəblərdən yararsız hala düşmüş pulları banklar dəyişmir.

BAKU.WS-in məlumatına görə, Facebook səhifəsində siçan tərəfindən yeyilən 100 manatlıq əskinasların fotosunu paylaşan Mətləb Xankişiyev qonşusunun eyni problemlə üzləşdiyini qeyd edib.

Bildirir ki, siçan 800 manata yaxın pulun müəyyən hissəsini yeyib. Banklar isə həmin pulu dəyişmir.

Bəs, Bank haqqında qanunda bu barədə nə deyilir?

Hüquqşunas Əkrəm Həsənov BAKU.WS-ə açıqlamasında bildirdi ki, Banklar haqqında qanunun 40-cı maddəsində tədavülə yararlı və yararsız əskinaslarla bağlı dəqiq məlumat verilir.

"Əgər pulun 60%-dən çox hissəsi salamat, vahid qalıbsa, bankların o pulu dəyişməmək kimi öhdəliyi yoxdur. Hətta pul 4,5,6 və daha çox hissələrə parçalanıbsa və o parçaları toplayanda pul vahid şəkildə olursa, bank o pulu dəyişməlidir. Əks təqdirdə vətəndaş Mərkəzi Banka müraciət edə bilər”, - deyə Əkrəm Həsənov bildirdi.

BAKU.WS