SİZİN REKLAM BURADA!
055 213 76 73



Heydər Əliyev Beynəlxalq Aeroportu2017-ci ilin yanvar-avqustayları ərzində təxminən 2,2 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da öncəkiilləringöstəricilərindən 30 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hesabat dövründə"Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 1,25 milyonsərnişin düşmüşdür ki, bunun da 329 min nəfəri daxili reyslərlə daşınıb.

Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq daşımalarının 49,6 faizi AZAL-ın, 50,4 faizi xarici aviadaşıyıcıların payına düşüb.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu53 istiqamət üzrə 29 aviaşirkətə xidmət göstərir. Yeddi aviaşirkət – "IrAero”, "Jazeera Airways”,"ZagrosJet”, "Pegas Fly”, "Kish Air”, "Nordwind Airlines” və "Wataniya Airlines” cari ilin yayından uçuşlara başlayıb.

Cari ilin sentyabr ayından Azərbaycan ilk lou-kosteri "Buta Airways” uçuşlara başlayacaq.

Heydər Əliyev Beynəlxalq Aeroportunun  yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülübr. 

Cari ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülübr.