SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Avqustun 1-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik edilir.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən BAKU.WS-ə verilən məlumata görə, Biləcəri stansiyasının tək yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 01.08.2017-ci il tarixdən 11.08.2017-ci il tarixinədək – 10 (on) gün müddətinə - Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində qismən dəyişiklik ediləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.
 
BAKU.WS