SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanda turizm bazarında mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.

Nazir deyib ki, internetlə bütün rayonlar üzrə qiymətlərin təhlili aparılıb:

"Elə rayonlar, məkanlar var, orada adamları 10-30 manata yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Yerləşdirmənin adambaşına qiyməti təxminən 15 manata düşür. Düşünmürəm ki, bu gün kimsə beş manata, yaxud üç manata istirahət edə bilər. Bu, mümkün deyil. Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Lakin mənim də sualım var. Siz istəyirsiniz ki, xidmətlər tam pulsuz olsun?"
 
BAKU.WS