Moskva vilayətinin arbitraj məhkəməsi Kutuzov prospektində Azərbaycan əsilli milyarder Telman İsmayılova məxsus 300 kvadrat metrlik iki mənzilə qarşı məhkəmə iddasını rədd edib.

İstiPress-in RAPSİ-yə istinadən verdiyi məlumata görə, məhkəmədə iddiaçı kimi borclunun  maliyyə direktoru Valeri Kubelun çıxış edib. O, məhkəmədə borcun qarşılığı kimi Telman İsmayılovun beş və altı otaqlı mənzillərini istəyib. Məhkəmə Kubelunun lazımi sənədləri təqdim etmədiyini bildirib.

Telman İsmayılov
Vilayət arbitrajı 9 martda İsmayılovu müflis sayaraq onun əmlakını reallaşdırmaya açıb. Onun əmlakının reallaşdırılması proseduru üzrə yekun iclası sentyabrın 6-a təyin edilib.

Vilayət arbitrajı 29 avqust 2016-cı il tarixdə «BM-Bank»ın əraziəsi ilə borcların restrukturizasiyası barədə qərar qəbul edib. Məhkəmə bankın tələbi ilə Telman İsmayılovun 17,3 milyard rubl (təxminən 306 milyon dollar)  borcunu kreditorlar reyestrinə salıb.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ