SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Beynəlxalq Bankının 3.3 milyard dollarlıq xarici borcunun restrukturizasiyası planını elan etməsindən sonra bankın dollar istiqrazlarında yenidən ucuzlaşma başlayıb.

Virtualaz.org "Reuters"ə istinadən xəbər verir ki, Moody's beynəlxalq reytinq agentliyi restrukturizasiya ilə bağlı bankın kredit reytinqini aşağı salıb. Bunun ardınca bankın 500 milyon dollarlıq borc istiqrazları 1.5 faiz ucuzlaşıb və hazırda nominalının 83.95 faizinə satılır. Bu, mayın 11-dəki minimum həddən də aşağıdır. Bank restrukturizasiya planını elan edən kimi birjalada borc istiqrazları 14 faizdən çox ucuzlaşmışdı.

Xəbər verildiyi kimi bir gün əvvəl Moody's bankın xarici valyuta üzrə kredit reytinqini Caa3 səviyyəsinə endirib və bütün uzunmüddətli reytinqlərinin yenidən aşağı salına biləcəyini açıqlayıb. "Exotix”in analitikləri hesab edir ki, bankın maliyyə vəziyyətini nəzərə alanda investorların borclarının bir hissəsini silməyə məcbur olacaqları istisna deyil.
 
BAKU.WS