VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda ilk dəfə olaraq bu gündən Bakı Ticarət Festivalına (Şopinq Festivalı) start verilir.  
 
BAKU.WS-in məlumatına görə, festival zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarının da alış-verişinə "tax free” sistemi tətbiq ediləcək. Bununla yanaşı, turistlərin ölkəmizə marağını artırmaq üçün alınan mallara görə ƏDV (12%) alınmayacaq. 
 
Ancaq təəssüf ki, böyük ticarət mərkəzlərinə bu festivala qoşulmaq istəyən mağazaların sayı çox azdır. Belə ki, 28 Mall-da fəaliyyət göstərən mağazalar arasında yalnız ikisi - Mango və Celio endirimli mallar satmağa razılıq verib. Digər mağazalar isə festivalda iştirak üçün hələlik razılıq verməyib. Sözügedən 2 mağazada isə yalnız bəzi mallara 30% endirim edilir. Bununla yanaşı, 100 manatdan çox alış-veriş edənlər 12%-lik ƏDV vergisindən azad olacaq. 
 
Qeyd edək ki, mayın 10-dək davam edəcək festival Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı "Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir. Ticarət festivallarının keçirilməsində məqsəd Azərbaycanın turizm və iqtisadi potensialının yüksəldilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi ilə ölkənin ticarət dövriyyəsinin artırılmasının stimullaşdırılmasıdır. Növbəti festivalın bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulub.
 
Nazim Babayev
BAKU.WS