VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Baku Expo" Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər - "AITF 2017” sərgisinin açılış mərasimi keçirilir.
 
BAKU.WS-in məlumatına görə, sərgidə 20 ölkəni təmsil edən 272 şirkət iştirak edir. 17 milli və regional stendin təmsil olunduğu sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, turizm sahəsinin digər xidmət növləri təqdim olunur. Sərgi iştirakçıları arasında "Gilan Hospitality" otel şəbəkəsi də təmsil olunur. 
 
"AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar "Horex Caucasus 2017” sərgisi də keçirilir.
 
BAKU.WS