SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.
 
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Sevinc Qədirovanın BAKU.WS-ə verdiyi məlumata görə, belə hallar həmin qatarın mənzil başına çatmasında gecikmələr yaradır.
 
Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur. Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə  Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarı  ləğv edilir.
 
BAKU.WS