SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Respublikasının Prezidentinin 01.09.2016-cı il tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında" sərəncamına uyğun olaraq, 10 aprel - 10 may 2017-ci il tarixlərində "Bakı Ticarət Festivalı" keçiriləcək.

BAKU.WS marja-ya istinadən xəbər verir ki, festival dövründə xarici və yerli vətəndaşlara bank xidmətlərinin keyfiyyətli və operativ həyata keçirilməsi istiqamətində görülməli işlərlə bağlı bank rəhbərlərinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə müzakirəsi nəzərdə tutulur. 

Bu barədə artıq banklara rəsmi məktub göndərilib və bank rəhbərləri palataya dəvət olunublar.

İşlərin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə müzakirəsi məqsədilə 5 aprel 2017-ci il tarixində palatanın inzibati binasında iclas keçiriləcək.
 
BAKU.WS