SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Muğanbank" ASC-nin saytına haker hücumu olub.

BAKU.WS "APA-Economics" xəbər verir ki, hücum "Şimşək" adlanan haker qrupu tərəfindən həyata keçirilib. Hakerlər saytda bu mətni yerləşdirib: "HAKCED BY ŞİMŞƏK ! MUĞANBANKI VURMAYAN BİR ŞİMŞƏK QALMIŞDI ODA VURDU! BOoOoOm!"Bununla yanaşı, hakerlər əlaqə vasitələrini də saytda yerləşdirib.Bir neçə dəqiqə sonra saytın adıçəkilən bölməsi normal fəaliyyətini bərpa edib.

Lakin ardınca "MuğanBank" ASC-nin saytına ikinci haker hücumu olub. İkinci hücum da "Şimşək" haker qrupu tərəfindən həyata keçirilib.Bu dəfə hakerlər bankın saytında bu mətni yerləşdirib: "HACKED BY ŞİMŞƏK!! FACEBOOKDA BUNU PAYLAŞAN SƏHİFƏLƏRƏ SALAMLAR ÖPÜRƏM! Ekspert səhifəsinin userlərinə də salamlar".

İlk haker hücumuna münasibət bildirən bank rəsmiləri qeyd edib ki, haker hücumu bankın əməliyyat sisteminə təsir etməyib, banka maddi ziyan dəyməyib. Bundan başqa, qeyd edilib ki, bankın İT departamenti problemin aradan qaldırılması ilə məşğuldur.

Maraqlıdır ki, ilk dəfə olduğu kimi, bu dəfə də hədəf kimi bankın Müşahidə Şurası bölməsi seçilib.
 
BAKU.WS