SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyanın Kareliya muxtar respublikasının sakini olan qadın Petrozavodsk şəhərinin marketlərindən birində "qızıl qiymətinə” satılan Azərbaycan pomidorunun fotosunu sosial şəbəkələrdə paylayışıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin marketdə 1 kiloqram Azərbaycan pomidorunun qiyməti 750 rubl, yaxud 27 Azərbaycan manatıdır. "Yəqin bu pomidor Petrozavodska piyada gəlib ki, belə bahalıdır”-qadın ironiya ilə yazıb.

Xatırladaq ki, Azərbaycan pomidoru bundan əvvəl Rusiyanın Sankt-Peterburq şəhərinin sakinlərini təəcübləndirmişdi. Məlum olmuşdu ki, şəhərdəki bazarlardan birində Azərbaycan pomidoru "su qiymətinə”, kiloqramı cəmi 20 rubla (təxminən 50 qəpik) satılır. Bu barədə fotoların sosial şəbəkələrdə yayılmasından sonra "Komsomolskaya Pravda”nın jurnalistləri bazara yollanıb Azərbaycan pomidorunun doğrudan da 20 rubla satıldığına əmin olmuşdular.

Hazırda Bakı bazarlarında yerli istixanalarda yetişdirilən pomidorun 1 kiloqramı 2 manat 50 qəpikdən başlayır, 6-7 manata qədər qalxır.
 

  •