VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən kommersiya banklarına məktub göndərib.
 
"Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, AMB-nin baş direktoru Akşin Vəliyevin imzası ilə daxil olan məktubda banklara Novruz bayramı günlərində müştərilərin nağd pula olan tələbatının ödənilməsi üçün müvafiq addımların atılması tövsiyə olunur.

Məktubda deyilir ki, banklar bayram günlərində müştərilərin nağd pula olan tələbatının nominallar üzrə müvafiq strukturda təmin edilməsi məqsədilə zəruri tədbirlər görməlidir. Həmçinin, AMB nağd pul ehtiyatının yaradılmasını da tələb edir.

Məlumata görə, AMB-də məsələ ilə bağlı "Qaynar xətt" yaradılıb və bayram günləri nağd pula tələbatla bağlı ciddi zərurət yaranarsa banklar "Qaynar xət"lə əlaqə saxlaya bilər.

Əlavə edək ki, AMB-nin kassa xidməti yalnız bu gün uzadılmış iş rejimində çalışacaq.
 
BAKU.WS