SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 435 mln. 814 min manat artıq kompensasiya ödənişi baş tutub. 

BAKU.WS oxu.az-aistinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.

Məlumata görə, belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.

Qeyd edək ki, ötən il ərzində ölkədə ümumilikdə 11 bank ("Parabank”, "Zaminbank” "Kredobank”, "Dekabank”, "Bank Standard”, "Atrabank”, "Qafqaz İnkişaf Bankı”, "Bank of Azerbaijan”, "Gəncəbank”, "Texnikabank” - red.) bağlanıb. 

ADİF-dən bildirilib ki, ümumilikdə Fond tərəfindən bağlanan baklar üzrə 726 milyon 169 min manatdan artıq kompensasiya ödənilib.

Xatırladaq ki, "Bank Standard”da kompensasiya olunmalı cəmi əmanətlərin həcmi 460 milyon manatdır.
 
BAKU.WS