SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Yasamal Yaşayış Kompleksinin gələn ilin ortalarına qədər təhvil verilməsi gözlənilir.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) rəhbəri Samir Nuriyev deyib.

Onun sözlərinə görə, kompleksdəki mənzillər bazarda satışda olan adi mənzillərlə müqayisədə 20-25% ucuz olacaq: "Mənzillərin qiyməti sonda bilinəcək, amma düşünürəm ki, bu mənzillərin dəyəri real bazar qiymətlərindən təxminən 20-25% aşağı olacaq. Çünk, torpaq və digər vasitələr dövlət tərəfindən pulsuz təmin edilib".

MİDA rəhbəri onu da deyib ki, regionlarda da belə mənzillər tikiləcək: "Araşdırdıq və məlum oldu ki, hazırda əsas tələb Bakıdadır. Ona görə də birinci və ikinci yayayış kompleksləri paytaxtda inşa edilir. Çox güman ki, üçüncü də Bakıda olacaq. Amma biz regionları da diqqətdə saxlayırıq və artıq bəzi ərazilərdə olmuşuq. Yəqin ki, regionda ilk belə kompleks əsas şəhərlərdən birində olacaq".
 
BAKU.WS