SİZİN REKLAM BURADA!
055 213 76 73



2017-ci ilin yanvarında Azərbaycanda əhalinin nominal gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 4,6 faiz artaraq 3,48 milyarda çatıb.

BAKU.WS xəbər verir ki, Trend bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2017-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatına istinadən məlumat yayıb. Hesabata görə, qeyd olunan dövrdə əhalinin adambaşına düşən gəliri 3,4 faiz artaraq 358,6 manat təşkil edib.

Bundan başqa qeyd olunub ki, əhalinin sərəncamında qalan gəlirlər ötən ilin yanvar ayı ilə müqayisədə 4,5 faiz artaraq 3,14 milyard manat təşkil edib.
 
BAKU.WS