SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Gözdən əlillər üçün "Braille Pad” planşetlərinin istehsalına payızda başlanacağı gözlənilir.

BAKU.WS-in məlumatına gər, bu barədə Trend-ə "BrailleX” şirkətinin rəhbəri Sayad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, hazırda planşet kompüterlərin bir neçə nümunəsi var: "Bu məhsula həm funksionallıq, həm də dizayn baxımından müəyyən dəyişikliklər planlaşdırılır. Bu sahədə işlər əlavə maliyyələşmə əldə olunduqdan sonra aparılacaq”.

"Braille Pad” planşeti istifadəçilərə barmaq ucları ilə toxunmaqla bir çox funksiyadan tam şəkildə istifadə etməyə imkan verən çoxsətirli taktil ekranla təchiz olunacaq.
  
Arzu Mirzəyeva
BAKU.WS