SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellenin (Janet Yellen) çıxışı öncəsi dolların indeksi (dolların ABŞ-ın altı əsas ticarət tərəfdaşının valyutasından ibarət səbətə nisbətən məzənnəsi - red.) zəifləməkdədir.

APA xəbər verir ki, bugünkü ticarət sessiyasının əvvəlində dolların indeksi 0,25% geriləyərək 100,77 bənd səviyyəsində qərarlaşıb.
Dolların 113,29 Yaponiya yeninədək ucuzlaşıb. Ötən ticarət sessiyasında 1 dollar 113,73 yenədək bahalaşa bilib.
Avronun dollara nisbətən məzənnəsi 1,0622 dollaradək yüksəlib. Halbuki ötən ticarət sessiyasında bu Avrozonanın vahid valyutası 1,0596 dollar səviyyəsində olub.

Qeyd edək ki, investorların diqqəti C. Yellenin bugünkü çıxışına yönəlib. FED rəhbəri ABŞ Konqresinin Bank komitəsinin üzvləri qarşısında çıxış edəcək. İnvestorlar C. Yellendən uçot dərəcəsinin konkret hansı tarixdə artırılacağı ilə bağlı bəyanatı gözləyir.
Dallas ştatının Federal Ehtiyat Bankının prezidenti Robert Kaplan (Robert Kaplan) hesab edir ki, FED uçot dərəcəsini artırmaqda tələsməməlidir.
Təbii ki, dolların kəskin bahalaşmasının qarşısını alan əsas amil ABŞ prezidenti Donald Trampın vergi islahatı proqramının detallarının açıqlanmamasıdır.

BAKU.WS