SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ Federal Ehtiyat Sisteminin (FRS) dünən, fevralın 1-də bitən 2 günlük iclasında uçot dərəcəsinin artırılması üçün əsas şərtin inflyasiyaya bağlı olduğu açıqlanıb.
 
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, iclasın yekunları ilə bağlı açıqlamalarında FRS rəhbəri Canet Yellen əmək bazarının iş yerlərinin artmasından məmnun olduğunu, iqtisadiyyata inamın yüksəldiyini, inflyasiyanın isə hədəf 2% səviyyəsindən hələ də aşağı qaldığını bildirib. Yellen yanvar ayındakı çıxışında uçot dərəcəsinin təcili şəkildə artırılaraq inflyasiyanın sürətinin yavaşlatmaq zərurətindən danışdığı halda, dünənki çıxışında inflyasiya hədəfinə çatmaq lazım olduğunu deyib. Yüksələn neft qiymətləri amili və yeni tətbiq olunması gözlənilən idxal gömrük rüsumlarının inflyasiyanı sürətləndirəcəyi fikri isə vurğulanmayıb. Nəticədə, dollar digər valyutalarla müqayisədə ucuzlaşıb. Lakin buna ABŞ-da açıqlanan özəl sektor əmək bazarında yeni iş yerlərinin sayının 246 min nəfər artması ilə bağlı göstəricinin açıqlanması mane olub. Belə ki, bu göstəricinin 165 min nəfər artacağı proqnozlaşdırılırdı.

"Report"un analitik qrupu FRS rəhbərinin, eləcə də ABŞ presidenti və onun müşavirinin son günlərdə daha ucuz dollar arzu etdikləri ilə bağlı açıqlamaları dolların hazırkı məzənnəsinin məqbul olduğunu göstərir. Belə ki, uçot dərəcəsinin artırılması gözləntiləri ilə güclənmək istəyən dolların bahalaşmasının qarşısı cür açıqlamalarla alınır. Yəni, uçot dərəcəsi hətta 2,5% səviyyəsinə qədər artırılarsa, əsas valyuta cütlüyü - USD/EUR-un əsaslı şəkildə paritetdən aşağı düşməsinin arzu olunmadığını göstərir. Analitik qrup dolların məzənnəsinin yaxın iki ildə əsas valyutalarla müqayisədə cari səviyyədə qalacağını, möhkəmlənmənin isə sonrakı mərhələdə davam edəcəyini proqnozlaşdırır.
 
Qeyd edək ki, ABŞ-ın 45-ci prezidenti Trampın dollar ilə bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb. Dünən dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif edilib. Avro dollara nisbətən dünən 1.08 dollaradək bahalaşa da bilib.
 
BAKU.WS