VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Mərkəzi Bank və Maliyyə Nazirliyi devalvasiya nəticəsində yaranan fərqin bankların faizlərini azaldılması yolu ilə kompensasiya edilməsini təklif edir. İzahat belədir: banklar uzun müddət gəlir əldə etdikləri üçün ziyanı kompensasiya etsinlər".
 
BAKU.WS xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib. O qeyd edib ki, banklar uzun müddət yüksək gəlir əldə ediblər və bu dəfələrlə deyilib: 
"Amma banklar yüksək faizlə vətəndaşlara yardım etməyiblər ki, onların qazandıqlarını əlindən alıblar. Maraqlıdır, o zamanlar Mərkəzi Bank niyə müdaxilə edib faizləri aşağı saldırmırdı? Bankların yüksək faizi indimi bəlli oldu? Bəyəm, yüksək faizindən qazanan vətəndaşlar olub?”.

Onun sözlərinə görə, 21 fevral develvasiyadan öncə dollar ilə kredit götürənlərin manat ilə əlavə xərci 2 dəfə, bu ilki iki devalvasiya arasındakı müddət kredit alanların xərci 50 faizdən çox artıb. Bu isə o deməkdir ki, cəmi bir il əvvəl 10 min dollar kredit götürən şəxsə bank 7800 manat veribsə indi əsas məbləğ faizlər hesablanmadan 16 000 manat olub: " 10 min dollarlıq kredit üzrə yalnız əsas məbləğdə 8200 manat fərq var. Deməli, bir il öncə 7800 manat kredit götürən şəxs faizlər ilə birlikdə banka 20 800 manat ödəməlidir. Məncə, bu rəqəmlərin müqayisəsi artıq bütün reallıqları göstərir: 10 min dollara görə əsas məbləğdən başqa 12 600 manat əlavə pul! Bu kredit məbləğinin manat ifadəsində 2.7 dəfə artması deməkdir. Bu fərqi qapamaq üçün kredit götürənin əmək haqqı da 3 dəfə yüksəlməlidir ki, ödəniş edə bilsin. Son bir ildə nəinki Azərbaycanda, hətta dünyada da real əmək haqqı 3 dəfə artan insanlar barmaqla sayılır. Belə olan halda, kredit götürən ödənişi necə etsin? Tutaq ki, banklar faiziləri sıfırladı. O zaman nə olacaq: fərq 3 dəfə deyil, 2 dəfə olacaq. Bu nəyi dəyişir ki?” 

İqtisadçı hesab edir ki, Mərkəzi Bank kompensasiya ödənilməsi məsələsini gündəmdən çıxarmamalıdır: " Bu yalnız vətəndaşlara yardım deyil, eyni zamanda bir sıra bankların müflisləşmədən qorunması baxımdan vacibdir. Kompensasiya məşhur "maliyyə intizamında” da təsir göstərməyəcək: kompensasiya verilir və Mərkəzi Bank elan edir ki, bundan sonra götürülən kreditlərə görə gələcək hər hansı yardım edilməyəcək. Bununla da, həm mövcud ödəniş problemləri aradan qaldırılır, həm də artıq vətəndaş kredit götürəndə bilir ki, gələcəkdə manat yenə də dəyər itirsə ona daha yardım olmayacaq, xərci özü qarşılayacaq və özü məsuliyyəti bilib qərar verir. Məncə, indiki kredit problemindən çıxmağın sadə formulu budur”.