VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanda dollara tələbatın artması banklarla "qara bazar” arasındakı fərqdən daha çox hiss edilir. 

BAKU.WS Fins.az-a istinadən xəbər verir ki, dekabr ayının 22-də banklarda dolların ən baha alış qiyməti 1,8260 manat, ən baha satış qiyməti 1,8278 manatdır. Bankların böyük hissəsi dolları ən yüksək məzənnə ilə satır.

Dollar "qara bazar”da 7-10 manat bahadır

"Qara bazar”a gəlincə, bu gün dolların alış qiyməti 1,9000 manat, satışı isə 1,9300 manat olub.  Bu isə o deməkdir ki, "qara bazar” dolları banklardan 4% baha alır və 5,5% baha satır. Yəni, hər 100 dollara görə alış və satışda 7-10 manat fərq yaranır.

Avroda fərq 5-8 manatdır

Avronun banklarda ən baha alışı 1,9000 manat, satışı isə 1,9078 manatdır. "Qara bazar” isə avronu 1,9500 manata alıb, 1,9850 manata satır. Başqa sözlə, əldən dollar alışı 2,6%, satış isə 4% bahadır. Yəni, fərq hər 100 avroya görə 5-8 manatdır.   

Banklarda dollara tələbat spredi kəskin daraldıb

Maraqlıdır ki, alış və satış üzrə banklarda spred daraldığı halda, "qara bazar”da bu spred xeyli böyükdür. İqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, təcrübədə spredin daralması banklar arasında əməliyyatların yüksək səviyyədə olduğu zaman rəqabətlə bağlı olar.

Azərbaycanda isə vəziyyət fərqlidir. Banklarda spredin daralması dollara tələbatın yüksək olması ilə bağlıdır. Banklar dollar almaq istədiyi üçün alış kursunu maksimal həddə saxlayır, satış kursu isə o qədər böyük əhəmiyyət daşımır. Çünki onsuzda dollar satmırlar. 

"Qara bazar”da gəlirlilik yüksəkdir

"Qara bazar”da spredin böyük olmasına gəlincə, bununla bağlı dəqiq rəqəmlər demək çətindir. Bununla belə, əməliyyatların "qara bazar”da operativ olması və gəlirliklik səviyyəsinin yüksək olması spredin böyük olmasına şərait yaradır.