SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda 2024-cü ildə ünvanlı sosial yardımın məbləği 270 manat olacaq.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
 
Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə 24 manat və yaxud 9,8 % çoxdur.
 
Ünvanlı sosial yardıma paralel olaraq ehtiyac meyarı da eyni məbləğdə artırılaraq 270 manata çatdırılır.
BAKU.WS