VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədri Elmar Məmmədov vəzifəsindən azad edilib. 

Bu barədə "Report”a bank dairələrindən bildirilib.

Məlumata görə, ABB-də sədr vəzifəsinin icrası "Azər-Türk Bank”ın İH-nin sədri vəzifəsini müvəqqəti icra edən Xalid Əhədova həvalə edilib. 

"Azər-Türk Bank"a müvəqqəti sədrlik isə bankın İH-nin üzvü Orxan Hüseynova tapşırılıb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 247,85 manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur.

"Azər-Türk Bank" isə 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur. 
 
BAKU.WS