SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 32 milyard 199,6 milyon kubmetr təbii qaz hasil edilib.

BAKU.WS-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 24 milyard 142,3 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Təbii qaz hasilatı illik müqayisədə 5 %, əmtəəlik qaz hasilatı isə 5,3 % artıb.

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 20 milyon 229,9 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 20 milyon 147,6 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı 2022-ci ilin 8 ayı ilə müqayisədə 7,5 % (əmtəəlik neftin həcmləri isə 7,6 %) azdır.

BAKU.WS