SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Çinin paytaxtı Pekin şəhərində keçirilən beynəlxalq ticarət sərgisində yerli məhsulları tanıdıb.

BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Pekin şəhərində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak etdik. Qlobal xidmətlər ticarətini təşviq edən bu sərgi Azərbaycanın iqtisadi potensialının, investisiya imkanlarının və yerli məhsullarımızın tanıdılması üçün səmərəli platformadır", - nazir qeyd edib.

BAKU.WS