SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Sevimli Dad" MMC-nin müflis olduğu barədə KİV-də məlumat yayılıb. 

İddialara görə, mağazalarda bu firmanın məhsullarının satışı dayanıb. Şirkətin xeyli sayda işçisi ixtisar olunub. Yanvardan müəssisə tamamilə fəaliyyətini dayandıracaq. Buna səbəb iqtisadi böhranın vurduğu maliyyə zərbəsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi və firmanın aylardır ki, zərərlə işləməsi olub.
 
Məsələni dəqiqləşdirmək üçün BAKU.WS "Sevimli Dad" MMC ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, yayılan məlumatlar əsassızdır: "Hazırda fəaliyyətimizi davam etdiririk. Bütün işçilər iş başındadır. Şirkətin müflis olması barədə yayılan məlumatlar yalandır".

Qeyd edək ki, "Sevimli Dad" MMC kolbasa və delikates ət məmulatları istehsal edən "М&T ltd" firması və süd məhsulları istehsal edən "Milk-Pro" MMC tərəfindən yaradılmış və eyni ticarət nişanı altında ət və süd məhsulları realizə edən mağazalar şəbəkəsidir. Şirkət 1 sentyabr 2002-ci il tarixindən fəaliyyət göstərir.
 
Nazim Babayev
BAKU.WS