SİZİN REKLAM BURADA!
055 213 76 73


Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

"Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsədrlik etdik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirləri dəyərləndirdik", - M.Cabbarov qeyd edib.

BAKU.WS