SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.

"İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.

BAKU.WS