SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakıda işə başlamış və sabah başa çatacaq İslam Ticarət Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclası çərçivəsində tərəflər arasında 4 memorandum imzalanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, həmin sənədlər aşağıdakılardır:

- İslam Palatasının Halal Xidməti ilə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında memorandum;

- Mavritaniya Ticarət Palatası ilə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında memorandum;

- İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası (ICCIA) arasında memorandum;

- ICCIA, KOBİA, Beynəlxalq İslam Biznesi Assosiasiyası, Dövlət Turizm Agentliyi və "Caspian Event Organisers" MMC arasında memorandum.

BAKU.WS
QALEREYA