SİZİN REKLAM BURADA!
055 213 76 73


2019-cu ildən indiyə qədər Azərbaycanda işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 362,9 min, o cümlədən qeyri-neft-qaz sektorunun özəl bölməsində 330 minə yaxın artıb.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tvitter hesabında bildirib.

“Bu artım əmək bazarının “ağardılması” istiqamətində həyata keçirilən səmərəli islahatların uğurlu nəticəsidir”, - deyə o, qeyd edib.

BAKU.WS