VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı milyarder Telman İsmayılov Antaliyadakı "Mardan Palace" otelini geri alır.
 
BAKU.WS-in məlumatına görə, otelin icra yolu ilə həyata keçirilən satış tenderi məhkəmə qərarı ilə ləğv edilib.

Telman İsmayılovun 2009-ci ildə 1,4 milyard dollara tikdirdiyi "Mardan Palace" borclarına görə Halk Bankının tələbi üzərinə ötən il hərracla satışa çıxarılmışdı. Bankın satış tələbindən son anda imtina etməsi üzərinə tender ləğv edilib. Bu dəfə isə Garanti Bankı otelin satışını istəyib. Bankın tələbindən sonra otel satışa çıxarılıb. 2 noyabr 2015-ci il tarixində həyata keçirilən tenderə tək başına qatılan Halk Bank 360 milyon lirəyə oteli alıb. Telman İsmayılovun AST şirkəti tenderin ləğvi üçün iddia qaldırıb. 

Tenderin ləğvi üçün açılan iddiaya baxan məhkəmə "Mardan Palace"ın satış tenderini sonunda ləğv edib. Beləliklə də otel yenidən Telman İsmayılova geri qaytarılıb. 
 
Nazim Babayev
BAKU.WS