SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-ın yeni prezidenti Donald Tramp eyni zamanda nəhəng biznes imperiyasının sahibidir.

BAKU.WS xəbər verir ki, milyarder New York, Çikaqo, Toronto, Las-Veqas, Panama, Miami, Vaşinqton, Rio de Janeoro kimi şəhərlərdə "Trump” adlı brend otellər şəbəkəsinə malikdir. Bakıda da eyni adlı – "Trump” oteli inşa edilib. Otel Heydər Əliyev Prospektinin yaxınlığında yerləşir.
 
Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı otel də onun xüsusi razılığı əsasında inşa edilib. 2014-cü ildə milyarder bəyan etmişdi ki, "Trump İnternational Hotel & Tower Baku” ,"Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir.

Bu ilin əvvəllərində "Mother Jones” jurnalında Trampın Bakıdakı oteli ilə bağlı məqamlara toxunulub. Qeyd edilib ki, Bakı son illər tamamilə dəyişərək dünyanın müasit şəhərlərindən birinə çevrilib. "Bir-birinin ardınca ucalan göydələnlərdən biri də yelkən formasında tikilən 33 mərtəbəli "TrampTowers” otelidir”,- deyə məqalərədə xüsusilə vurğulanıb.

Donald Trampın Azərbaycandakı "Trump Hotel and Tower” otelinə görə lisenziya gəliri 2,5 milyon dollar təşkil edib. Maraqlı məqam bundan ibarətdir ki, otelin açılışı 2015-ci ilin iyun ayında baş tutmalıydı. Lakin otelin açılışı həyata keçirilməyib.
 
Saməddin Mehralıyev
BAKU.WS