SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 651,4 milyon ABŞ dolları təşkil edib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) BAKU.WS-ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,6% çoxdur.

Təkcə fevralda isə Azərbaycan 366,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 50% çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracının dəyəri 2021-ci illə müqayisədə 12,3% artaraq 3 047,7 milyon ABŞ dolları olub.

BAKU.WS