SİZİN REKLAM BURADA!
055 213 76 73


İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən 5,3 milyard manat investisiya yatırılıb və 6 000-dən çox insan daimi işlə təmin olunub.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında paylaşım edib.

Qeyd olunur ki, parka əlavə 300 milyon manatdan çox investisiyanın yatırılması və 2000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.

“Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının 11 illiyidir. Sənaye parkları dayanıqlı iqtisadi artıma, qeyri-neft sektorunun inkişafına və məşğulluğun təmin olunmasına mühüm töhfələr verir”, - paylaşımda vurğulanır.

BAKU.WS