SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra Aİ-92 markalı benzinin idxalını dayandırıb.

BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.

R.Abdullayev qeyd edib ki, hökumətin Aİ-92 benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.